Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak For yeni vasitəçi ilə əvəzlənəcək.
Oxu.Az Ermənistanın 1in.am saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın Strateji Araşdırmalar Fondunun eksperti Kayts Minasyana istinadən yazıb.
O qeyd edib ki, Fransa yaxın vaxtlarda Minsk qrupu çərçivəsində danışıqlar prosesində aktivliyini artırmaq niyyətindədir.
Minasyanın sözlərinə görə, vasitəçilik missiyasında Jak Foru təcrübəli fransız diplomat, Fransanın Moldovadakı səfiri Pyer Andri əvəz edəcək:
“Pyer Andri çox təcrübəli diplomatdır və onun təyinatı ilə Fransa danışıqlarda daha konkret və fəal işə başlayacaq”.