Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Frau Merkel Şərqə istiqamət alır - ŞƏRH
Angela Merkelin Azərbaycana səfəri nəinki ikitərəfli münasibətlərin inkişafında, həmçinin Avropa Birliyi ilə Cənubi Qafqaz liderləri arasında əlaqələrin fəallaşmasına təkan vermək üçün son dərəcə əhəmiyyətlidir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, uzun illər ərzində Berlin əlaqə yaratmaqda təmkinli davranıb, lakin tez-tez əlaqələrə ballast siyasi motivlər yükləyirdi.
“Qərbin əsas arzusu demokratizasiya məsələsində Berlinin əli ilə Bakıya təzyiq göstərmək idi. Ancaq görünür ki, bu, arxa plana keçib”, - ekspert əlavə edib.
Müsahibimiz bildirib ki, xüsusən də, bu, Avropa Birliyi ilə ABŞ arasında münasibətlərin soyumasından sonra özünü açıq göstərdi:
“ABŞ-ın kölgəsindən çıxandan sonra Almaniya yeni xarici siyasət doktrinasına start verdi. Berlin Cənubi Qafqaza ona yeni energetika sahəsində yeni imtiyazlar, nəqliyyat-kommunikasiya logistikası və yeni sərfəli bazarların mənimsənilməsində faydalı ola biləcək prioritet kimi baxır”.
O qeyd edib ki, xanım Merkelin regiona iş adamları ilə gəlməsi də təsadüfi deyil.
Almaniya kansleri Angela Merkel avqustun 25-də Azərbaycana gələcək.
Ə.Ş.
www.oxu.az