Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Füzuli şəhərinə köçürülən sakinlərə evlərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO
Yanvarın 18-də Bakıdan Füzuli şəhərinə köçürülən sakinlərə evlərin açarları təqdim olunub.
“Report” xəbər verir ki, bu gün şəhərə daha 30 ailəyə (127) qayıdıb.
12:56
Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Yeni ilin ilk köç prosesi həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr işğaldan azad olunan Füzuli şəhərinə çatıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 30 ailə olmaqla, 127 nəfər doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar.
Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək, doğma yurdlarına qayıdışın sevinc hisslərini paylaşıblar.
06:34
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 410 ailə, 1 519 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, bu, 2024-cü ildə keçmiş məcburi köçkünlərin doğma yurda ilk köçüdür. Sonuncu dəfə 2023-cü il dekabrın 28-də Laçın şəhərinə 25 ailə - 80 nəfər qayıtmışdı.
Aytac Qasımova
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir