Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gələn aydan Çinə vizasız səfər edə biləcəyik
Pekində aprelin 23-də imzalanmış "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" iyulun 16-da qüvvəyə minir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.
Sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad edilirlər.
"Viza rejimi" teqi üzrə xəbərlər
- Lavrov: "Rusiya Azərbaycanla viza rejiminin tətbiq edilməsini istəmir"
- Rusiya vətəndaşları Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər
- Azərbaycanla Maldiv arasında bəzi şəxslərin vizadan azad edilməsi ilə bağlı saziş təsdiqləndi
- Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur
- Macarıstan Şengendən çıxarılmaq təhlükəsi ilə üzləşir: Avropa Komissiyası 70 deputatdan tələb aldı