Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Xankəndi - Bakı ultramarafonunu yüksək qiymətləndirib
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Xankəndi - Bakı ultramarafonu ilə bağlı fikirlərini bildirib.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, o, tədbiri yüksək qiymətləndirib.
Nazirlik rəsmisi tarixi an yaşandığını bildirib: “Hamımız bir yerdə tarixi hadisəni yaşayırıq. Təşkilatçılara, yarış iştirakçılarına, media nümayəndələrinə təşəkkürümüzü bildiririk. Ultramarafonun iştirakçılarını martın 4-də finişdə qarşılayacağıq”.
Elnur Məmmədov ultramarafonun “İdman həftəsi” çərçivəsində həyata keçirildiyini söyləyib:
“Dünən artıq bir neçə tədbir baş tutdu. Martın 5-nə qədər bu tədbirlər davam edəcək. Şəhidlərin və qazilərin övladları üçün xüsusi tədbir olacaq, qanvermə aksiyası baş tutacaq”.
Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
"Hacıqabul" teqi üzrə xəbərlər
- Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb
- Hacıqabulda üç nəfərin ölümünə səbəb olan qəzanın ANBAAN GÖRÜNTÜSÜ
- Hacıqabulda ağır qəza: Yaralıların son durumu AÇIQLANDI
- Ağır xəstə heç bir xəstəxana tərəfindən qəbul edilmir? - TƏBİB-dən cavab
- Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər SAXLANILDILAR