Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gürcüstan-NATO təlimlərində Azərbaycan hərbçiləri də iştirak edəcəklər
2025-ci ildə NATO-Gürcüstan hərbi təlimləri keçiriləcək. Təlimdə Azərbaycan hərbçiləri də iştirak edəcəklər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Yeri gəlmişkən, Gürcüstandakı İtaliya səfirliyi də təlimlər barədə xəbər verib. Diplomatik missiyanın məlumatına görə, NATO-Gürcüstan təlimləri 28 aprel - 8 may tarixlərində Krtsanisi bazasında keçiriləcək.
Tədbirdə Azərbaycanla yanaşı, Albaniya, Bolqarıstan, Almaniya, Yunanıstan, Fransa, Macarıstan, Polşa, Slovakiya, Türkiyə və ABŞ hərbçilərinin iştirak edəcəyini bildirib.
Ermənistanın təlimlərdə müşahidəçi qismində iştirakı nəzərdə tutulub.