Gürcüstan parlamentinin bürosu ABŞ-nin xarici agentlər haqqında FARA (Foreign Agents Registration Act) qanununa oxşar yeni qanun layihəsini qeydiyyata alıb.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, müvafiq qərar parlamentin iclasında qəbul edilib.
"Mahiyyət ondan ibarətdir ki, ABŞ-nin FARA qanununun hər sözünə, nöqtəsinə və vergülünə qədər tərcüməsi təqdim olunub. Parlamentdə müzakirə prosesində terminologiya Gürcüstanın hüquq sahəsinə uyğunlaşdırılacaq", - deyə parlamentin sədri Şalva Papuaşvili söyləyib.
Xatırladaq ki, Gürcüstan parlamenti artıq xarici agentlər haqqında qanunu qəbul edib. Təşəbbüsün yekun olaraq nəzərdən keçirilməsi ötən il mayın 14-də baş tutub.