Gürcüstan patriarxı II İliya Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
Oxu.Az “Qruziya online”a istinadən xəbər verir ki, müraciət Qax rayonunda Müqəddəs Georgi kilsəsində xidmətini bərpa etmək məqsədi ilə gürcü dindarı – protopresviter Petr Xumaraşviliyə Azərbaycan vətəndaşlığının verilməsidir.
“Biz Azərbaycan hakimiyyətinə patriarxın tövsiyələri ilə məktubu 4 ay əvvəl yollamışıq. Yekun cavabı iki ay müddətinə gözləyirik. Bu proses başa çatdıqdan sonra Azərbaycanın Dini Komitəsinin razılığı ilə Qax rayonunda Müqəddəs Georgi kilsəsində dini xidməti bərpa edəcəyik”, - yepiskop Dmitri Kanapadze deyib.
Hazırda Qax rayonunda dini ayinlərin yerinə yetirilməsi dayandırılıb. Müqəddəs Georgi kilsəsinin əvvəlki rahibləri Dmitri Tetruaşviliyə və Basilaya Azərbaycan ərazisində dini xidmətə davam etmələri xahişlərinə imtina edilmişdi.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ilə ölkə ərazisində dini ayinləri yalnız Azərbaycan vətəndaşı yerinə yetirə bilər.