Gürcüstan hökuməti fevralın əvvəlində qaz nəqli ilə bağlı Azərbaycandan yeni təklif alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Tabula TV” məlumat yayıb.
“SOCAR-ın əlavə olaraq 500 mln. kubmetr qaz nəql etməyə və “Şahdəniz” boru kəməri vasitəsilə tədarükü təmin etməyə hazır olduğunu bildirib. Eyni zamanda, SOCAR qiymətin aşağı salınması üçün danışıqlara hazırdır”, - Gürcüstanın Neft və Qaz Korporasiyasındakı mənbə xəbər verir.
Azərbaycan qazının tədarükünə dair danışıqların getdiyi məlumdur. Fevral ayının 29-da Gürcüstanın energetika naziri Kaxa Kaladze Bakıya gələcək və əvvəlcədən bəyan etdiyi kimi gürcü tərəfinin mövqeyi bu görüşdən sonra tamamən aydın olacaq.