“Qazprom” ilə danışıqlar razılıq əldə edilənə qədər davam edəcək.
Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, bunu Gürcüstanın energetika nazirinin müavini Maryam Valişvili bəyan edib.
Onun sözlərinə görə, əvvəlki görüşdə razılıq əldə edilməmişdi, ona görə də görüş yenidən keçiriləcək.
Onun bəyanatına görə, danışıqlar tranzit xidmətin əvəzlənməsinin forma və kəmiyyətinə aiddir.
“Biz beynəlxalq təcrübə olan pul ilə ödənməyə keçilməsinin prinsipial olaraq əksinəyik. Bizim hal istisna idi və bizim üçün əlverişli idi. Biz məbləğdən asılı olmayaraq, pul ilə ödəmənin əksinəyik”, - Maryam Valişvili bəyan edib.
Azərbaycan ilə aparılan danışıqlara gəldikdə isə onun sözlərinə görə, fevralın 29-da Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısı baş tutacaq, burada baş nazirin müavini, energetika naziri Kaxa Kaladze iştirak edəcək.
Maryam Valişvili məhz bu səfər çərçivəsində gürcü və Azərbaycan tərəflərinin işin davam etdiriləcəyi prinsipləri barədə razılığa gələcəklərinə ümid edir.
“Azərbaycan ilə müqavilənin müəyyən şərtlərinə dair iş aparılır, bu şərtlərə yenidən baxılmalıdır. Bu, qiymətlərə, qiymət siyasəti, müəyyən həcmlərə, eləcə də texniki detallara aiddir. İşçi qrupların optimallaşdırması üzərində çalışdıqları və artıq nəticələrin əldə edildiyi bildirilib.
Səfərdə, həmçinin baş nazirin müavininin səfəri də gözlənilir. Ümid edirik ki, bu səfər çərçivəsində gürcü və Azərbaycan tərəfləri işin davam etdiriləcəyi prinsipləri barədə razılığa gələcəklər”, - Maryam Valişvili bəyan edib.