Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Haber Global": "Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Rusiyanın alternativ variantı qalmadı"
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Rusiyanın alternativ variantı qalmadı.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hazırladığı süjetdə qeyd olunur.
Süjetdə bildirilir ki, Rusiya Azərbaycandan üzr istəməyə məcbur qalıb: "Bir gün sonra isə Prezident İlham Əliyev çıxış etdi, haqlı tələblərini dilə gətirdi".
Qeyd olunub ki, Prezident İlham Əliyev təyyarə vurulduqdan dərhal sonra Rusiyanın məsuliyyəti üzərinə götürmədiyinə, hətta fərqli ssenariləri ön plana çıxarmasına diqqət çəkib: "Putin ikinci dəfə Prezident İlham Əliyevə zəng etdi. İki lider hadisə ilə bağlı müzakirələri davam etdirdi".
O da vurğulanıb ki, hadisə ilə bağlı istintaqda 17 beynəlxalq mütəxəssis iştirak edir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Qəza nəticəsində 6 Qazaxıstan vətəndaşı həlak olub.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
- İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib