Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hakan Fidan: "Türkiyə İlham Əliyevin regionda sülh istiqamətində qərarlı addımlarını dəstəkləyir"
"Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O, Cənubi Qafqazı Orta Asiya üçün açılan qapı adlandıraraq, Türkiyə üçün önəmli yerdə olduğunu vurğulayıb.
"Qarabağın azad edilməsi regionda qalıcı sülh, istiqrar və rifah üçün tarixi bir fürsət pəncərəsi oldu. Bu müddətdə Can Azərbaycanla çiyin-çiyinə olmağa davam edirik. Ermənistanın da uzunmüddətli və strateji anlayışla davranacağına inanıram".
Türkiyə XİN rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə müəyyən addımlar atdığını vurğulayıb. Lakin davamlı sülhün əldə edilməsi üçün razılaşmanın yerdə qalan bir neçə bəndin tamamlanmasının lazım olduğunu bildirərək, 2025-ci ildə qalıcı sülhə nail olunacağına və firavan bir bölgə görəcəklərinə ümid etdiyini söyləyib.
Hakan Fidan Bakı və İrəvan arasında vasitəçilər olmadan ikitərəfli müzakirələri dəstəklədiklərini deyib.
"Sülhün təmin olunması regionun inkişafında görünməmiş yeni fürsətləri özü ilə gətirəcək", - deyə Türkiyənin xarici işlər naziri qeyd edib.

"Hakan Fidan" teqi üzrə xəbərlər
- Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır
- Fidan: "Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər"
- Türkiyə Avropanı özünün güc mərkəzini yaratmağa çağırdı
- İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
- Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı