“Azərbaycan vətəndaşlarının müəyyən hissəsi əvvəlcə 8 noyabr 2020-ci il tarixində Şuşada dayanmağımızın, irəli getmədiyimizin səbəbini başa düşmürdü, şübhə edirdi, təəssüflənirdilər, baxmayaraq ki, bir müddət sonra Azərbaycan Prezidenti bütün bunları izah etdi”.
“Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov bununla bağlı fikirlərini Baku TV ilə bölüşüb.
“Amma təəssüflər olsun ki, bu ölkədə bəzi insanlar müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin (RSK) nəzarətində olan ərazinin yaxın gələcəkdə, 3 il isə bu baxımdan çox qısa müddətdir, tamamilə bizim nəzarətimizdə olacağına şübhə etməkdə davam edirdilər...
Bu ilin sentyabr ayının 19-20 tarixində isə hər şey məhz belə oldu. Əvvəla, prezident dəfələrlə necə və nə etməli olduğumuzu və bütün bunların mərhələli şəkildə həyata keçirildiyini deyib.
İkincisi isə, Qarabağda bu və ya digər şəkildə müşahidə etdiyimiz bütün hadisələr onu göstərirdi ki, hər şey buna doğru gedir və tezliklə RSK-nin müvəqqəti nəzarətində olan bütün əraziləri tam nəzarətə götürəcəyik. Şükür Allaha ki, hər şey məhz belə oldu...
Prezidentimiz dövlət başçısı vəzifəsinə keçdiyi ilk gündən bəri bir dəfə də olsun boş yerə söz deməyib, bütün vədləri yerinə yetirib”, - deyə H.Həmidov vurğulayıb.
Daha ətraflı “Baku TV”nin yeni süjetində:
Həmid Həmidov: “Azərbaycan Prezidenti bütün vədləri yerinə yetirib” - VİDEO