“Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar öz prezidentlərinin imzaladığı Üçtərəfli Bəyanatın şərtlərini pozurlar. Onların siyasəti budur”.
Bunu CBC TV-yə müsahibəsində “Global Media Group”un media direktoru Həmid Həmidov deyib.
Xatırladaq ki, bir neçə saat əvvəl Azərbaycan Müdafiə Nazirliyi martın 24-də Xankəndi-Xəlfəli-Turşsu yolu ilə növbəti dəfə qeyri-qanuni hərbi daşımaları həyata keçirən kolonun hərəkətinin qeydə alındığı barədə məlumat yayıb.
“Kremldə səhvən fikirləşirlər ki, bu yolla vəziyyətə nəzarət edirlər”, - H.Həmidov deyib.
O, həmçinin Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətini şərh edərək Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması perspektivlərindən danışıb.
Ətraflı videomüsahibədə:
Həmid Həmidov: “Sülhməramlılar öz prezidentlərinin imzaladığı razılaşmanın bəndlərini pozurlar” - VİDEO