Hesablama Palatası bu il üç qurumun büdcəsinin icrasının auditini həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirilib ki, cari ildə Dövlət Neft Fondunun, Dövlət Sosial Müdafiə Fondunun, həmçinin də İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrasının auditi aparılacaq:
"Müvafiq prosedur başa çatdıqdan sonra Milli Məclisə təqdim olunacaq".