Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hesablama Palatası: "Yüzmilyonlarla manatlıq maliyyə pozuntuları aşkarlanıb"
Hesablama Palatasının kollegiyası tərəfindən 83.4 milyon manat hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natural şəkildə bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində qərar qəbul olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatında deyilir.
21.2 milyon manat hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası istiqamətində birbaşa tədbirlər müəyyənləşdirilib, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.
8.7 milyon manat hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Kənar dövlət maliyyə nəzarəti tədbirləri hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları qeydə alıb ki, bu onların məbləği 461.6 milyon manata bərabər olub.
Mərahim Nəsib
"Hesablama Palatası" teqi üzrə xəbərlər
- "Azərkosmos" hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq
- 53 milyon manatlıq audit: Təhsil layihələrində əsassız vəsait istifadəsi halları aşkarlanıb
- Hesablama Palatası: "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti tələblərə uyğun olmayıb"
- Hesablama Palatası: "İşsizlikdən Sığorta Fondu bəzi xərcləri hesabatdan kənarda saxlayıb"
- Hesablama Palatası: "DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var"