Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunan məktəb istifadəyə verildi
Heydər Əliyev Fondu tərəfindən inşa edilən Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbi istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, 1975-ci ildə tikilən və tamamilə yararsız vəziyyətə düşən Şamaxı rayonu Hacıqədirli kənd tam orta məktəbi üçün yeni bina inşa olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan 132 şagird yerlik üç korpusdan ibarət ikimərtəbəli yeni məktəb binasında 10 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
"Heydər Əliyev Fondu" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- Leyla Əliyeva Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib
- İtaliyalı parlamentarilər: "Xocalı soyqırımı ilə bağlı dezinformasiyalar qəbuledilməzdir"
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib
- Xocalıda memorial kompleks yaradılır - 18.3 milyon manat ayrıldı