Bu il Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatının 10-cu ildönümü yad ediləcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Heydər Əliyevin vəfat etməsinin 10-cu ildönümü ilə əlaqədar bu günə qədər çoxsaylı tədbirlər keçirilib:
“Partiyanın rayon və şəhər təşkilatlarında onun xatirəsi yad edilib. Bakı şəhərində isə ayın 11-də partiya Fəxri Xiyabanı ziyarət edəcək. Ondan sonra “Hilton” otelində Heydər Əliyevin vəfat ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək.
Partiyanın Gənclər Təşkilatı da ayın 12-də tədbir keçirəcək. Tədbirdə mərhum prezidentlə bir yerdə işləyən insanlar gənclərə məlumat verəcəklər. Həmçinin tədbirdən sonra bir qrup gənc Heydər Əliyev Fondunu ziyarət edəcək”.