Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Skandinaviya və Baltikyanı ölkələrin siyasi nümayəndələri ilə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev öz "X" hesabında paylaşım edib.
O, paylaşımında bu gün Bakıda keçirilən danışıqları səmərəli adlandırıb.
"Mən Skandinaviya və Baltikyanı ölkələrdən - NB8-dən (Şimali-Baltik Səkkizi, NB8) olan siyasi direktorlarla səmərəli fikir mübadiləsi apardım. Bu, NB8-in artıq Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 və Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələrin inkişafı davam edir", - deyə o bildirib.
I had fruitful exchange with the political directors from the Nordic and Baltic States - NB8. It is the 2nd of such visit by NB8 to Azerbaijan and we are pleased that political dialogue and consultations continue to grow between NB8 and Azerbaijan. pic.twitter.com/B3Xqy9RUiS
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 19, 2026