Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hikmət Hacıyev: "Bakı və İrəvan dekabrda sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar"
"Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar".
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP-29-dur. Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq", - o bəyan edib.
H.Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən suallar var.
"Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab verməyib və bu kontekstdə prosesdə yubanmalar var. Bu çərçivədə, şübhəsiz ki, dekabr ayından etibarən yeni bir proses olacaq", - deyə Azərbaycan prezidentinin köməkçisi əlavə edib.
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
- Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
- Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"
- Hikmət Hacıyev: "Ermənistan tərəfindən ciddi dezinformasiya kampaniyaları hələ də davam edir"
- Hikmət Hacıyev: "Azərbaycan Rusiya qazını Qərbə satmır"