Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs verirlər
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bələdiyyə seçkisində iştirak edib.
Oxu.Az xəbər verir ki, F.Abdullayev 7 saylı Səbail Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
Oxu.Az "Report"un məlumatına əsasən xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, komitə sədri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində səs verib.
Milli Məclisin sədri səsvermə hüququndan istifadə edib.
Oxu.Az AZƏRTAC-ın məlumatına istinadla xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yanvarın 29-da 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev bələdiyyə seçkisində iştirak edib.
Oxu.Az xəbər verir ki, S.Nuriyev 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.
Baş prokuror Kamran Əliyev 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.
Oxu.Az xəbər verir ki, baş prokuror səsvermə hüququndan istifadə edib və məntəqənin işinə uğurlar arzu edib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bələdiyyə seçkisində iştirak edib.
Oxu.Az xəbər verir ki, o, 7 saylı Səbail Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
Oxu.Az xəbər verir ki, başçı 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
Səhiyyə naziri bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Bakı şəhərinin 17 saylı Yasamal üçüncü seçki dairəsinin 24 saylı seçki məntəqəsində səs verib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bələdiyyə seçkisində səs verib.
Oxu.Az xəbər verir ki, Hikmət Hacıyev 17 saylı Yasamal 3-cü seçki dairəsi, 1 saylı məntəqədə səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- Yevlaxın Nərimanabad kəndinin 100 yaşlı seçicisi səs verdi
- Bələdiyyə seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
- Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı səsvermə yekunlaşıb
- Naxçıvanda səsvermə prosesi: Seçicilər təəssüratlarını bölüşdülər
- 113 yaşlı seçici səsvermədə iştirak etdi