Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən paylaşım edib.
Oxu.Az xəbər verir ki, Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın şəklini paylaşaraq, onu "Azərbaycan və Ermənistan arasında tarix yazılır! Sülhün qələbəsi!!!" şərhi ilə müşayiət edib.
History in the making between Azerbaijan and Armenia! Winning the peace!!! pic.twitter.com/ESDzfyblrd
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 4, 2026
Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Əbu-Dabidə Nikol Paşinyanla geniştərkibli görüş keçirib.
Həmçinin Azərbaycan Prezidenti Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində iştirak edir.