Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hikmət Hacıyev: "Ermənistan davamlı sülh üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir"
"Məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onları məhkəmə prosesinə qarşı yeni bir təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edib".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında paylaşımında bildirib:
"Məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir".
Crime and Punishment!
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 8, 2025
The Court trial in Azerbaijan continues against individuals accused of committing numerous grave crimes, including crimes against humanity and war crimes, as part of Armenia’s military aggression against Azerbaijan from 1991 to 2023 as well as illegal… pic.twitter.com/f1hCErukdn