"Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib", - H.Hacıyev yazıb.
O vurğulayıb ki, 2020-ci ildən bəri 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi Ermənistanın quraşdırdığı minaların qurbanı olub. "Bundan əlavə, illər boyu torpağın altında qalan minalar torpaq eroziyasına səbəb olur və yerli bitki örtüyünü məhv edir", - o əlavə edib.
Landmines are not just remnants of the past — they are an ongoing danger to both humans and animals.
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 30, 2025
In the mountains of Kalbajar, this time a dog has become a victim of anti-personnel landmine planted by Armenia during the period of occupation.
Thankfully, quick intervention… pic.twitter.com/bSSfVjJksw