"Allahverdi Bağırovun məzarını sıx qrafik səbəbindən ziyarət edə bilmədik".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.
"Bizim məqsədimiz kuboku ora aparmaq idi. Allahverdi Bağırov bizim qəhrəmanımızdır və mən belə insanlara xüsusilə dəyər verirəm. Bizi də düzgün başa düşün. Qrafikimiz sıx olduğundan ziyarət edə bilmədik. Qarabağda dörd şəhərdə olduq. Füzulidə daha böyük görüşümüz olacaqdı, lakin vaxtımız az idi, təyyarə bizi gözləyirdi. Növbəti səfərimizdə mütləq Allahverdi Bağırovun məzarını ziyarət edəcəyik".
Anar Həsənov