ABŞ-də mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 4.25-4.5% səviyyəsində saxlayıb.
Oxu.Az bu barədə FRS-in saytına istinadla xəbər verir.
"Son göstəricilər göstərir ki, ilin birinci yarısında iqtisadi fəallığın artımı səngiyib. İşsizlik səviyyəsi aşağı, əmək bazarında vəziyyət isə sabit olaraq qalır. İnflyasiya bir qədər yüksək qalmaqdadır", - deyə məlumatda vurğulanır.
FRS-in faiz dərəcəsi ilə bağlı növbəti iclasının nəticələri sentyabrın 17-də açıqlanacaq.