Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hikmət Hacıyev: "Qlobal miqyasda əsas müzakirə olunan məsələlərdən biri yeni dünya düzənidir"
"Qlobal Bakı Forumunda 350-dən çox nümayəndə iştirak edir. Onların sırasında nüfuzlu siyasi xadimlər, beynəlxalq təşkilatların rəhbərləri və müxtəlif nümayəndələr var".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, konfransın gündəliyinin qlobal düzənə həsr olunması heç də təsadüfi deyil:
"Bu gün dünya miqyasında əsas müzakirə olunan məsələlərdən biri yeni dünya düzəni və dövlətlərarası münasibətlərinn hansı formada təşəkkül tapmasıdır. Ona görə də forum çərçivəsində çoxtərəfli münasibətlər, beynəlxalq təşkilatların rolu, regional dövlətlərin üzərinə düşən məsuliyyət müzakirə olunacaq. Azərbaycan Respublikası da regional prinsiplərdən çıxış edərək, həmçinin ortaq güc adlandırılan konsepsiyadan çıxış edərək yeni dünya düzəni üzrə aparılan müzakirələrdə fəal rol oynayır".
Mərahim Nəsib
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub"
- Hikmət Hacıyev: "Türk Dövlətləri Təşkilatı bölgədə yeni reallıqdır"
- Hikmət Hacıyev: "Şərq-Qərb toqquşması dərinləşir"
- PA rəsmisi: "Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat məsələsi müzakirə mövzusudur"
- Hikmət Hacıyevdən Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədənlərə xəbərdarlıq