Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ötən gün vəfat edən Xalq artisti dəfn edilir
Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet ustası Tamilla Şirəliyeva ilə keçirilən vida mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, onun nəşi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
Ötən gün beyninə qansızması nəticəsində vəfat edən Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet ustası Tamilla Şirəliyeva bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.
Qeyd olunub ki, Xalq artisti ilə vida mərasiminin bu gün saat 10:30-dan 12:00-a qədər Təzəpir məscidində keçirilməsi nəzərdə tutulub.
"Tamilla xanımın həyat yoldaşı çoxdan dünyasını dəyişib. Teymur adlı bir oğlu var. Təəssüf ki, anasının dəfnində iştirak edə bilməyəcək. Çünki ABŞ-də yaşayır. Sənədlərində yaranan problemlə bağlı dəfndə iştirakı mümkün olmayıb", - deyə yaxını bildirib.
Xatırladaq ki, Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. O, ötən gün 79 yaşında vəfat edib.
Əzizə İsmayılova