Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.
Oxu.Az-ın xəbərinə görə, Hikmət Hacıyev özünün "X" hesabında Zəfər Günü münasibətilə keçirilən paradın görüntülərini dərc edib.
"Vətən müharibəsində qalib gəlmiş xalq!
Müzəffər Azərbaycan Silahlı Qüvvələri regionda sülhün, sabitliyin və təhlükəsizliyin qarantıdır.
Müharibədə qalib gələn Azərbaycan indi dünyada da qalibiyyət əldə edir", - deyə o paylaşımda bildirib.
The Nation Victorious in the Patriotic War!
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 8, 2025
The victorious Azerbaijani Armed Forces are the guarantor of peace, stability, and security in the region.
Having won the war, Azerbaijan now wins in peace as well. pic.twitter.com/Bha83Q4gcr