Zəfər Gününün beşinci ildönümü münasibətilə paytaxt küçələrində xüsusi bayram ab-havası müşahidə olunur.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, Bakının müxtəlif ərazilərində şəhər sakinləri üçrəngli bayraqlarla bu əlamətdar günü qeyd edirlər.
Zəfər Günü ilə əlaqədar olaraq paytaxtın əsas küçə və prospektlərində, eləcə də yaşayış binalarının eyvanlarında bayraqlar asılıb, şəhərdə yüksək əhvali-ruhiyyə hiss olunur.
PhotoStock.az-ın əməkdaşlarının hazırladıqları fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az