Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə daha bir paylaşım edib.
Oxu.Az xəbər verir ki, nazirliyinin sosial şəbəkə hesabında Bakıdakı hərbi paraddan kadrlar yayımlanıb.
"Cəsarət, qələbə və sədaqət! Türkiyə, Azərbaycan və Pakistan qardaşlığı! Hər biri bir ay-ulduz olan qəhrəmanlarımız bu gün Azərbaycanın Zəfər Günündə bir ürək, bir yumruq oldular. Azərbaycanda və Pakistandakı qardaş və bacılarımıza Türkiyədən salamlar!", - paylaşımda deyilir.
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda möhtəşəm bir parad keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milli Müdafiə naziri Yaşar Güler və ordumuzun komandanlığı da tədbirdə iştirak etdi. Hərbçilərimiz paradda Azərbaycan türklərini salamladılar. Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri də paradda uşular həyata keçirdilər", - nazirliyin paylaşımında bildirilib.
Kardeş Azerbaycan’ın 8 Kasım Zafer Günü dolayısıyla Bakü’de görkemli kutlama töreni gerçekleştirildi.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 8, 2025
Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’in ev sahipliğinde, Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan’ın teşrifleriyle gerçekleşen törenlere Millî Savunma Bakanı Yaşar… pic.twitter.com/FUQ7XARFO5