Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hindistanın baş naziri İlham Əliyevi təbrik etdi
Hindistan Respublikasının Baş naziri Narendra Modi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Mübarək Ramazan ayında İslam inanclı 200 milyon hindistanlı dünyadakı qardaş və bacılarına qoşularaq oruc tutub və dua edib.
Ramazan bayramı təfəkkür, şükür və birlik bayramıdır.
Bu bayram qlobal birliyin üzvləri olaraq bizi birləşdirən mərhəmət, alicənablıq və həmrəylik dəyərlərini əks etdirir.
Bu əlamətdar bayram münasibətilə bütün dünya xalqlarına cansağlığı, xoşbəxtlik, sülh və harmoniya arzulayırıq. Qoy ölkələrimiz arasında dostluq əlaqələri daha da möhkəmlənsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Albaniyaya işgüzar səfərindən görüntülər paylaşılıb
- Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
- Bir görüşün psixoloji mesajı: İlham Əliyevin dominantlığı və Paşinyanın gərginliyi
- İlham Əliyevin "Avropa Siyasi Birliyi" Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlərin icmalı
- Prezident İlham Əliyevlə Albaniyanın Baş naziri Edi Ramanın işçi nahar əsnasında görüşü olub