Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hökumətin hesabatı Milli Məclisə daxil olub
Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.
Hesabatın gələn həftə ərzində keçiriləcək qanunverici orqanın plenar iclasında təqdim edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyətləri barədə hesabat verir.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Ülviyyə Qarayeva: "Guya geri qaytarılan vəsaitdən agentlik işçilərinə mükafat yazılır"
- Əli Əsədov yanğın baş verən Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi
- Azərbaycanda bir sıra müavinətlərdə ARTIM OLUB
- Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi 12 gün bağlı olacaq
- Əli Əsədov bəzi yanacaq növləri üçün vergi və rüsum güzəştinin müddətini uzatdı