Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağdərə sakini: "Kəndimizin inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm"
Ağdərənin Həsənriz kəndinə köçürülən Gültac Məmmədzadə bu yaşayış məntəqəsinin inkişafı üçün indidən üzərində məsuliyyət hiss etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, o, bunu "Report"a açıqlamasında deyib.
O, doğma kəndlərini valideynlərinin söhbətləri əsasında təsəvvüründə canlandırdığını vurğulayıb:
"Doğma kəndimizə qayıdacağımız üçün çox sevincliyik, bənzərsiz hisslər yaşayırıq. Bunun üçün ilk olaraq şəhidlərimizə rəhmət diləyir, cənab Prezidentə minnətdarlığımızı bildiririk.
21 yaşım var, o yerləri görməsəm də, valideynlərimin söhbətlərindən kəndimiz haqqında çox şey eşidib-öyrənmişəm. Ona görə də kəndə çatmağımızı səbirsizliklə gözləyirəm.
Kəndimizin gələcək inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm. Dövlət və xalq olaraq xeyli çətinliklərdən keçmişik. Çox əlamətdardır ki, bu gün dünyada söz sahibi olan güclü dövlətimiz var".
"Ağdərə rayonu" teqi üzrə xəbərlər
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib
- Keçmiş məcburi köçkün: "Bu gün mənim üçün həyatda ən xoş gündür"
- İşğaldan azad edilmiş ərazilərdə Od çərşənbəsi qeyd olunub
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib
- Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib