Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Hürriyet”: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük səfəri çərçivəsində prezidentin iqamətgahında İlham Əliyevlə təkbətək və heyətlərin iştirakı ilə görüşləri nəzərdə tutulub.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Görüş zamanı başda Suriya məsələsi və İdlib böhranı olmaqla, ortaq enerji layihələri, Çində ortaya çıxan koronavirusun ticarətə təsirləri müzakirə olunacaq. Liderlərin həmsədrliyi ilə keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında ölkələr arasında ilk dəfə preferensial ticarət haqqında anlaşma imzalanacaq.
Toplantı çərçivəsində imzalanacaq müqavilələrlə Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcminin 2023-cü ilə qədər 15 milyard dollara çatdırılması nəzərdə tutulur.
Ərdoğanın toplantıda həm türkiyəli, həm də azərbaycanlı iş adamlarına qarşılıqlı investisiyaların artırılması ilə bağlı çağırış edəcəyi gözlənilir.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib