Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İcma: "Freedom House"un hesabatı regionda sülhə mane olmaq və ədavəti qızışdırmaq məqsədi güdür"
"Artıq uzun müddətdir özünü radikal erməni diasporasının muzdlu çarçısına çevirmiş "Freedom House" 2024-cü il iyulun 1-də növbəti anti-Azərbaycan hesabat dərc etmişdir. Hesabatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilir".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman "Freedom House" təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur.
"Sözügedən hesabatın sifarişçiləri regionda sülhə mane olmaq və ədavəti qızışdırmaq məqsədi güdürlər.
Bir daha geniş ictimaiyyətə xatırladırıq ki, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin kök saldığı "Freedom House"un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə irqçi düşüncəli dairələrin təsirinə düşmüşdür", - bəyanatda vurğulanıb.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: "Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır"
- Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"
- Xronika: "Azərbaycan dövlətçiliyinin tarixi Urmiya gölü ətrafında 4 200 il əvvəldən başlayır"
- İcma: "Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır"
- Xronika: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan məkan