Azərbaycan prezidenti İlham Əliyev Arif Mir Cəlal oğlu Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, A.Paşayev Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.