Fevralın 15-nə keçən gecə Tovuzun Yuxarı Öysüzlü kəndində (rayon mərkəzindən 6 km aralı) güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 1 330 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və damına yığılmış 1 ton ot bağlaması yanıb.
Yanğın zamanı fermadan 105 baş iribuynuzlu heyvan yanğınsöndürənlər və əhalinin köməyi ilə xilas olunub.