Məqalənin adındakı uşaq şeirindən bir sətir bu gün çox aktual səslənir. Yeni çoxmərtəbəli binaların sakinlərinin bugünkü problemi məhz mavi yanacaqla təmin edilmədir.
Onlar bəzən yeni evə köçdükdən illər sonra bu möcüzəyə qovuşurlar. Bu müddət ərzində isə onlar problemi öz gücləri ilə həll etməyə çalışırlar.
“Azəriqaz” İB-nin rəsmi nümayəndələri bu barədə KİV-də dəfələrlə çıxış ediblər.
Oxu.Az xəbər verir ki, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bu yaxınlarda sayta verdiyi müsahibəsində bu məsələyə açıqlama verib.
Onun sözlərinə görə “Azəriqaz” İB yeni binaların qazla təmin olunmasında sakinlərdən heç də az maraqlı deyillər.
Amma onun sözlərinə görə “Azəriqaz” İB, müvafiq orqanlarla razılaşdırılaraq qaz istehsal edən və satan şirkətdir.
Bütün icazə sənədlərini almaq, müvafiq idarələrdə yoxlamadan keçmək, çoxmərtəbəli binalarda bütün normativ və texniki tələblərin yerinə yetirilməsi çox vacibdir. Məhz bunun üçün proses zaman alır, bəzən bu zaman gözlənildiyindən daha uzun çəkir.
Müsahibədə Ə.Hacıyev deyib ki, 2013-cü il üçün “Azəriqaz” İB tərəfindən 149 yeni çoxmərtəbəli bina qazla təmin edilib, bu isə 30 mindən artıq mənzil deməkdir.
Oxu.Az müstəqil ekspertin fikrini öyrənmək qərarına gəldi.
Bizimlə Bakıda iri rieltor şirkətlərindən olan “Fortuna-N” şirkətinin direktoru Nofəl Quliyev həmsöhbət oldu.
Məlum olduğu kimi mənzillər tikinti işləri bitdikdən sonra satışa çıxarılırlar.
Bizim mənzili aldıqdan sonra sakinlər qazla təmin olmanı nə qədər gözləyirlər sualına Nofəl Quliyev belə cavab verdi:
“Yeni binalarda qazın verilməsini bəzən 5-7 il gözləmək lazım gəlir, bəzən isə sakinlər yerləşdikdən 1 il sonra təmin edilir. Təhlükəsizlik qaydalarına görə binaya qaz 70% sakinlər köçdükdən sonra verilməlidir”.
Təbii ki, qazla təmin olunma evin qiymətində də özünü göstərir. N.Quliyevin sözlərinə görə qazla təmin edilməmiş evin qiyməti adətən 10% enir.
“Məsələn, əgər qazla təmin edilmiş mənzil 110 min manatdırsa, qazla təmin edilməmiş mənzil 100 min manat olur”.
İlk baxışdan qazla təmin olunmamış evi daha ucuz olduğu üçün alıcısının çox olduğnu düşünmək olar, amma “qazsız” evlərin mülkiyyət kağızı olmadığı üçün sakinlər mənzilin tam mülkiyyətçisi statusunu ala bilmirlər.
Qaz FHN-nin icazəsindən sonra verilir? Ola bilərmi ki, mənzillərdə sakinlər var, amma qaz heç vaxt olmayacaq?
“Bəli, qaz Fövqəladə Hallar Nazirliyinin yoxlamasından sonra verilir. Əgər evin tikilmə planında qaz verilməsi nəzərdə tutulubsa, qaz boruları çəkilibsə, sayğaclar qoyulubsa, FHN-nin yoxlamasından sonra qaz verilir.
Qazın ümumiyyətlə, verilməməsi, tikinti planı üzrə qaz nəzərdə tutulmayan binalarada mümkündür”.
N.Quliyev qeyd edib ki, sakinlərin köçmədiyi çoxmərtəbəli binaların aşağı mərtəbələrində, texniki mərtəbələrində və mansardlarında qazı yalnız xüsusi instansiyaların icazəsini aldıqdan sonra vermək olar.
Ekspert bunu çoxmərtəbəli binalarda təhlükəsizlik məqsədi ilə edildiyini vurğuladı.
Biz ekspertdən qazla təmin olunmayan mənzillərdə yaşayan sakinlərin hansı alternativ vasitələrdən istifadə etdiklərini soruşduq.
N.Quliyevin sözlərinə görə, “Propan” qaz balonları olur.
Onları eyvanda quraşdırırlar. Elektrik – kondisioner, qızdırıcılar və b. cihazlar evin qızdırılması üçün qaz qədər effektiv olmur. Adətən qaz olmayan evlərdə nəmişlik artıq olur.
Ekspert qeyd etdi ki, Bakının mərkəzi və ətrafında tikilmiş binalarda qazla daha operativ şəkildə təmin olunurlar.
Qazla təmin olunma prosesində problemlərlə, əsasən Yeni Yasamal, Əhmədli, Neftçilər, Xalqlar dostluğu mikrorayonlarının ərazisində mənzil alan sakinlər qarşılaşırlar.
Yeni binaların nə vaxt qazla təmin olunacağı hələ də aktual problemlərdəndir.
Bu yaxınlarda bu sual Milli Məclisin plenar iclasında deputat Qənirə Paşayeva tərəfindən qaldırılıb.
Spiker Oqtay Əsədov öz fikrini bildirib:
“Bu gün qaz verəcəklər, sabah partlayış olacaq. Bunun üçün kim cavabdehlik daşıyacaq? Baca yoxdur, bu ciddi problemdir”.
SOCAR başçısı Rövnəq Abdullayev bir daha bu suala aydınlıq gətirdi. Məlum olduğu kimi, “Azəriqaz” İB SOCAR-ın nəzdindədir.
R.Abdullayevin sözlərinə görə, SOCAR dəfələrlə qeyd edib ki, Azərbaycan ərazisində qazın istehsalçısı və satıcısı olan “Azəriqaz” İB yalnız FHN-nin icazə aktı verdiyi binaları qazla təmin edir.
“Təhlükəzislik qaydalarının riayət olunmadığı binalara qaz verilməyəcək. Bizim qəbul komissiyasından keçmiş binaların qazla təmin etmək imkanı var. İlk növbədə mənzil-tikinti kooperativləri təhlükəsizliyi təmin etməlidirlər ki, biz o mənzilləri qazla təmin edək” – R.Abdullayev deyib.
O vurğulayıb ki, “Azəriqaz” İB təhlükəsizliyin təmin olduğu binalara qaz verə bilər.
“Təhlükəsizlik qaydaları gözlənilməyən binalara qazın verilməsi barədə söhbət ola bilməz”.
R.Abdullayev bildirib ki, sakinlər ilk növbədə tikinti şirkətinin hesabatını tələb etməlidir. Aydın məsələdir ki, sakinlərin binalara qazın vaxtında verilməsi üçün, tikinti şirkətlərinin bütün məsuliyyəti dəqiqliklə yerinə yetirməklərinə təsir etmə imkanı yoxdu. Bu səbəbdən də belə məsələlərdə sakinlər yalnız özlərinə güvənməli olurlar. Qapalı orbit...
Yəqin ki, tikinti şirkətləri binalarda təhlükəsizlik qaydalarına riayət etsələr, onlar bu məsələyə daha məsuliyyətli yanaşmış olacaqlar. Bu hamının və ən əsas aldıqları mənzili öz hesablarına təmir edən və orda normal həyat üçün bütün şəraiti görmək istəyən sadə vətəndaşların xeyrinədir.
Gülnarə Zeynalova
www.oxu.az