Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib.
Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər.
Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Qeyd edək ki, səfər çərçivəsində Belarus lideri Aleksandr Lukaşenko və Azərbaycan dövlət başçısının dar və geniş tərkibdə danışıqları planlaşdırılıb. Danışıqların nəticələrinə görə, beynəlxalq sənədlərin imzalanması gözlənilir.