Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Müstəqillik günü münasibətilə bu ölkənin dövlət başçısı Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah arzulayıram”.