Birinci-vitse prezident Mehriban Əliyeva “Instagram” hesabında Şuşaya səfəri ilə bağlı video paylaşıb.
Videoda dövlət başçısı avtomobili idarə edərək, Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında danışıb:
“Qələbə yolu ilə gedirik və bir daha görürük ki, bu ərazidən, bu meşələrdən keçmək doğurdan da qəhrəmanlıq idi. Sol tərəfdə bizim gözəl dağlarımız, meşələrimiz görünür. Baxın, necə də gözəl mənzərədir. Hərbçilərimiz bu yolu piyada gediblər, piyada qalxıblar. Bütün bu ərazi dərə-təpədir. İstifadəyə veriləndən sonra bu yoldan keçən vətəndaşlarımız görəcəklər ki, Azərbaycan Ordusu əsl qəhrəmanlıq göstərib. Bu yerlərdən keçərək, Şuşaya yaxınlaşıb, Şuşanı işğalçılardan azad edib. Bu yolu açmaq üçün bu dağları ağır texnika ilə yarmışıq. Qabaqda yaşayış məntəqəsi görünür”.
View this post on Instagram
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir - Foto
- Müdafiə naziri Slovakiyanın nümayəndə heyəti ilə müzakirələr apardı - Foto
- Vətən müharibəsinin 33-cü günü - Düşmən xeyli sayda itki verir
- 44 günün səmadakı izi: Pilot və kəşfiyyatçı Vətən müharibəsindən nələr danışdılar? - Video
- Vətən müharibəsinin 32-ci günü: Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edilir - Foto
Digər xəbərlər