Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı sakinlərindən beş kiloqram narkotik götürülüb
Paytaxt sakinlərinin evlərindən narkotik vasitələr götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbəsində yaşayan A.Novruzovun evinə baxış zamanı oradan dörd kiloqramdan artıq marixuana, həmçinin heroin, tiryək, çətənə kolunun hissələri, 1 ədəd beşbarmaq və 1 ədəd 3 tərəfi kəsici olan alət aşkar edilərək götürülüb.
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
Polis əməkdaşlarının onun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oradan 1 kiloqramdan artıq heroin götürülüb.
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?