Azərbaycan Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı abidənin önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.