Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev Davosda bir sıra görüşlər keçirib – Foto
Yanvarın 22-də Davosa səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.
Bundan başqa, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrailin prezidenti Şimon Peresin görüşü olub.
Görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycanın dövlət başçısı Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.
Görüşdə Azərbaycanda son vaxtlar gedən proseslər, iqtisadi inkişaf, qeyri-neft sektoruna göstərilən diqqət və əldə edilən nailiyyətlər, işsizliyin və yoxsulluğun aradan qaldırılması və korrupsiyaya qarşı mübarizədən məmnunluq bildirilib.
Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
İlham Əliyev Davosda “Swiss Re” şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə “Swiss Re” şirkəti arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub. Ölkəmizdə sığorta bazarının inkişafı, təbii fəlakətlərdən sığortalanma, iqlimin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair fikir mübadiləsi aparılıb.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada polislərə hücum edildi
- Fransada bıçaqla silahlanmış qadın və iki oğlu orta məktəbə basqın ediblər
- "Telegram"ın qurucusu Pavel Durov Fransanı tərk etdi
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır