Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "OliverWyman Group" şirkətinin baş icraçı direktoru Nik Stader ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Nik Stader "OliverWyman Group" şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxundu, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd etdi. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə "OliverWyman Group" arasında əməkdaşlığın qurulması məsələlərinə toxundu.
"İlham Əliyev Davosda" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsində liderliklə bağlı fikirlərini bölüşdü
- Prezident İlham Əliyev Davosdakı müsahibəsi ilə bağlı paylaşım edib
- Prezident İlham Əliyev Davosda Xorvatiyanın baş naziri ilə görüşüb
- Azərbaycan AYİB ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair saziş imzalayıb
- Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb