Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.M.Cəbrayılova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Asif Mikayıl oğlu Cəbrayılova general-leytenant hərbi rütbəsi verilsin”.
Dövlət başçısının digər sərəncamına əsasən, Rəşad Heydər oğlu Sadiqova general- leytenant hərbi rütbəsi verilib.