Azərbaycan prezidenti İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya başsağlığı verib.
Oxu.Az dövlət başçısının saytına istinadla xəbər verir ki, başsağlığı məktubunda deyilir:
“Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”.