İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb.
“Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir”, - deyə məlumatda bildirilir.