Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlham Əliyev Kəlbəcərin işğalından danışdı
Kəlbəcərin, Laçının, Şuşanın işğalı Qarabağ müharibəsində mənfi tərəfə dönüş yaratdı. Çünki bu işğaldan sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bir bağlantı yarandı.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olarkən deyib.
Dövlət başçısı 1993-cü ilin aprelində Kəlbəcərin işğalının böyük bir faciə olduğunu qeyd edib. Onun sözlərinə görə, bunun səbəbi o vaxt Azərbaycana rəhbərlik etmiş adamların xəyanəti, xəyanətkar hakimiyyətin mövcudluğu və bacarıqsızlığı, səhlənkarlığı idi:
“Ona görə, əgər o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər o böyük məsuliyyəti dərk edə, düzgün siyasət apara bilməyib. Onlar xalqdan çox uzaq idilər və bir çox hallarda xəyanətkar siyasət aparıblar. Ona görə, bu gün biz bu vəziyyətlə üzləşmişik”.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan deyil:
“Ermənistan o vaxtdan bu günə qədər daha da tənəzzülə uğrayıb. Azərbaycan daha da inkişaf edib. O vaxt da - işğal zamanı və bu gün də Ermənistan xarici yardımsız heç nəyə qadir deyildi. O vaxt da biz yaxşı bilirdik ki, torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi. Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi.
Bizdə də demək olar ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına düşdü. Bu, həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm, uşaqlar da bilməlidir, bütün xalq bilməlidir. Çünki tarixi həqiqətləri danmaq mümkün deyil. Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü də bu, o qədər də uzaq tarix deyil, gözümüzün qabağında baş verən hadisələrdir. Biz daha da güclü olmalıyıq, olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll edəcəyik”.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Deputat: "Gündə 5 milyon barel neft çıxaran Kanadanın Azərbaycana nəsə deməsi ikiüzlülükdür"
- Bu qışın Avropada daha sərt olacağı gözlənilir, bəs Azərbaycanda necə?
- Azərbaycanda növbəti bələdiyyə seçkisinin vaxtı təyin edilib
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər